İstanbulda yerləşən texniki dövlət universitetidir; mühəndislik, memarlıq və informatika istiqamətləri üstünlük təşkil edir. Tibb fakültəsi yoxdur.
İzləsən, qəbul şərti dəyişəndə saytda xəbər verəcəyik.

İstanbul Teknik Üniversitesi
İstanbulda yerləşən texniki dövlət universitetidir. Proqramların bir qismi türk, bir qismi ingilis dilindədir; əsas istiqamətlər mühəndislik, memarlıq və informatikadır.
| Yol | Qəbul olunur? | Minimum |
|---|---|---|
| Azərbaycan qəbul imtahanı (DİM/TQDK) | Xeyr | |
| Attestat balı (tək başına) | Xeyr | |
| TR-YÖS | Bəli | 400/500 |
| SAT I | Bəli | 1200/1600; riyaziyyat 650/800 |
| ACT | Bəli | 26/36 |
| IB diplomu | Bəli | 30/45 |
| GCE A Level | Bəli | riyaziyyat və ya fizikadan A, qalan iki fəndən minimum C |
| AP imtahanları | Bəli | üç fən; biri (riyaziyyat/informatika/təbiət elmləri) 5, qalan ikisi minimum 4 |
Dil tələbi: Senatın qəbul etdiyi ingilis dili sertifikatı olmayan tələbə bir illik hazırlıq sinfinə gedir. Tədrisinin ən azı 30%-i ingilis dilində olan proqramlarda bir il içində C1 səviyyəli türk dili sertifikatı tələb olunur; sertifikat yalnız İTÜ TÖMER və ya Yunus Emre İnstitutundan qəbul edilir.
Mühəndislik · Memarlıq · İnformatika · Təbiət elmləri · İqtisadiyyat və idarəetmə · Dizayn və incəsənət
Məlumatlar 02.11.2026 tarixində universitetin rəsmi saytından yoxlanılıb. Qəbul şərtləri dəyişə bilər, əsas mənbə universitetin rəsmi saytıdır.
Mənbələr: Beynəlxalq tələbə müraciəti — şərtlər və tarixlər · Qəbul edilən imtahan və diplomlar (ölkə-ölkə cədvəl) · Təhsil haqqı cədvəlləri
bildimki universitetlərlə rəsmi əlaqəsi olmayan müstəqil məlumat saytıdır. Loqolar müvafiq universitetlərə məxsusdur və yalnız universiteti tanıtmaq üçün göstərilir.