Xaricdə təhsil · Türkiyə pilotu

Türkiyədə universitet seç, qəbul yolunu gör

Hansı universitet DİM balını və ya attestatı qəbul edir, təhsil haqqı nə qədərdir, müraciət nə vaxt açılır — hamısı rəsmi mənbə linki və yoxlama tarixi ilə.

4 universitet

nişan yalnız rəsmi mənbə ilə təsdiqlənəndə görünür
Attestatla qəbul

İstanbulda yerləşən özəl (vəqf) universitetidir; proqramların bir qismi ingilis dilindədir. Tibb, diş həkimliyi, hüquq və mühəndislik istiqamətləri var.

TibbDiş həkimliyiHüquq+7

İzləsən, qəbul şərti dəyişəndə saytda xəbər verəcəyik.

Qəbul şərti yoxlanılır

İstanbulda yerləşən özəl (vəqf) universitetidir, tədris ingilis dilindədir. Tibb, hüquq, mühəndislik və idarəetmə istiqamətləri var.

TibbHüquqMühəndislik+4

İzləsən, qəbul şərti dəyişəndə saytda xəbər verəcəyik.

DİM balı qəbul olunurAttestatla qəbul

İstanbulda yerləşən özəl (vəqf) universitetidir, tədris ingilis dilindədir. Mühəndislik, təbiət elmləri, idarəetmə və dizayn istiqamətləri var; tibb fakültəsi yoxdur.

MühəndislikİnformatikaTəbiət elmləri+3

İzləsən, qəbul şərti dəyişəndə saytda xəbər verəcəyik.

DİM balı qəbul olunurAttestatla qəbul

İstanbulda yerləşən özəl (vəqf) universitetidir; tibb, diş həkimliyi, əczaçılıq və hüquq fakültələri var. Proqramların bir qismi ingilis dilindədir.

TibbDiş həkimliyiƏczaçılıq+7

İzləsən, qəbul şərti dəyişəndə saytda xəbər verəcəyik.

Seçilən universitetlər
1 dəqiqəlik test

Hansını seçəcəyini bilmirsən?

Dörd suala cavab ver — ixtisas, şəhər, universitet növü və tədris dili. Sənə ən uyğun 3 universitet faizlə göstərilsin.

Testə başla →
qəbul şərtləri hər il yenilənir

Qəbul şərtləri dəyişəndə ilk sən bil

Universitet öz saytında şərti dəyişəndə kimsəyə xəbər göndərmir. Biz hər universitetin rəsmi qəbul səhifəsini izləyirik: təhsil haqqı, qəbul yolu, müraciət tarixi və ya təqaüd dəyişəndə izlədiyin universitetlər üzrə sənə bildiriş gəlir.

Toplu səhifələr

Tez-tez verilən suallar

DİM balı ilə Türkiyədə universitetə qəbul olmaq olar?

Bəzi universitetlər Azərbaycanın mərkəzləşdirilmiş imtahan (DİM) nəticəsini qəbul edir, bəziləri isə YÖS, SAT və ya öz imtahanını tələb edir. Siyahıda «DİM balını qəbul edənlər» filtri məhz bunu göstərir; hər universitetin səhifəsində qərarın götürüldüyü rəsmi səhifənin linki və yoxlama tarixi var.

Attestatla Türkiyədə universitetə qəbul olmaq olar?

Bir sıra universitetlər attestat (lise diploma notu) ilə müraciəti qəbul edir. Bu, azərbaycanlı şagird üçün DİM-dən daha geniş yoldur; siyahıdakı «Attestatla qəbul edənlər» filtri həmin universitetləri göstərir.

Diplom Azərbaycanda tanınırmı?

Azərbaycanda xarici diplom universitetə görə deyil, hər diplom üçün ayrıca tanınır — nazirliyin «tanınmış universitetlər siyahısı» yoxdur. Ona görə səhifələrdə universitetin öz ölkəsinin rəsmi reyestrindəki qeydiyyatı göstərilir.

bildimki universitetlərlə rəsmi əlaqəsi olmayan müstəqil məlumat saytıdır. Loqolar müvafiq universitetlərə məxsusdur və yalnız universiteti tanıtmaq üçün göstərilir.