Ankarada yerləşən dövlət universitetidir; tibb, diş həkimliyi, əczaçılıq, hüquq və müəllim hazırlığı istiqamətləri var. Tədris əsasən türk dilindədir.
İzləsən, qəbul şərti dəyişəndə saytda xəbər verəcəyik.
Orta Doğu Teknik Üniversitesi
Ankarada yerləşən dövlət universitetidir, tədris ingilis dilindədir. Mühəndislik, memarlıq, təbiət elmləri və iqtisadiyyat istiqamətləri var; tibb fakültəsi yoxdur.
| Yol | Qəbul olunur? | Minimum |
|---|---|---|
| Azərbaycan qəbul imtahanı (DİM/TQDK) | Bəli | 625/700 |
| TR-YÖS | Bəli | ilk 5%-ə düşmək |
| SAT I | Bəli | 1200; mühəndislik/memarlıq/təbiət elmləri üçün riyaziyyat 700 |
| ACT | Bəli | 27/36 |
| IB diplomu | Bəli | 33 |
| Beynəlxalq A Level | Bəli | üç fəndən ABB |
| AP imtahanları | Bəli | ən azı 4 fəndən hər birində 4 |
| Attestat balı (tək başına) | Xeyr |
Dil tələbi: Tədris ingilis dilindədir. TOEFL, IELTS, PTE Academic və ODTÜ-nün öz imtahanı (EPE) qəbul olunur; minimum ballar universitetin ekvivalentlik cədvəlindədir. Sənədi olmayan tələbə ingilis dili hazırlıq ilinə gedir və həmin il fakültə ilə eyni haqqı ödəyir.
| Fakültə | Məbləğ | Tədris ili |
|---|---|---|
| Mühəndislik — semestr başına | 1.200 USD | 2026/27 |
| Memarlıq — semestr başına | 1.200 USD | 2026/27 |
| Təbiət elmləri (riyaziyyat, fizika, kimya, biologiya, statistika) — semestr başına | 1.200 USD | 2026/27 |
| Sosial elmlər (sosiologiya, psixologiya, tarix, fəlsəfə) — semestr başına | 800 USD | 2026/27 |
| İqtisadiyyat və idarəetmə — semestr başına | 800 USD | 2026/27 |
| Təhsil — semestr başına | 800 USD | 2026/27 |
Mühəndislik · Memarlıq · İnformatika · Təbiət elmləri · İqtisadiyyat və idarəetmə · Təhsil
Məlumatlar 02.11.2026 tarixində universitetin rəsmi saytından yoxlanılıb. Qəbul şərtləri dəyişə bilər, əsas mənbə universitetin rəsmi saytıdır.
Mənbələr: Minimum müraciət şərtləri (ölkə-ölkə cədvəl, PDF) · Beynəlxalq tələbələr üçün təhsil haqqı · Müraciət tarixləri · Beynəlxalq tələbə qəbulu — kim müraciət edə bilər
bildimki universitetlərlə rəsmi əlaqəsi olmayan müstəqil məlumat saytıdır. Loqolar müvafiq universitetlərə məxsusdur və yalnız universiteti tanıtmaq üçün göstərilir.