İstanbulda yerləşən özəl (vəqf) universitetidir, tədris ingilis dilindədir. Tibb, hüquq, mühəndislik və idarəetmə istiqamətləri var.
İzləsən, qəbul şərti dəyişəndə saytda xəbər verəcəyik.
Yıldız Teknik Üniversitesi
İstanbulda yerləşən texniki dövlət universitetidir; mühəndislik, memarlıq və informatika istiqamətləri üstünlük təşkil edir. Tibb fakültəsi yoxdur.
| Yol | Qəbul olunur? | Minimum |
|---|---|---|
| Azərbaycan qəbul imtahanı (DİM/TQDK) | Xeyr | |
| Attestat balı | Xeyr | |
| SAT | Bəli | 1100/1600; mühəndislik, memarlıq və fən proqramları üçün əlavə riyaziyyat 550/800. İncəsənət və dizayn fakültəsi üçün 800 |
| ACT | Bəli | 24/36 (incəsənət və dizayn üçün 18) |
| AP imtahanları (APT) | Bəli | üç fəndən cəmi 14 (5,5,4); ikisi seçilən proqramla əlaqəli olmalı |
| IB diplomu | Bəli | 30/45 |
| ABITUR | Bəli | ən çox 3 (1–3 arası) |
| Fransız bakaloryası | Bəli | 12/20 |
Mühəndislik · Memarlıq · İnformatika · Təbiət elmləri · İqtisadiyyat və idarəetmə · Təhsil · Dizayn və incəsənət
Məlumatlar 02.11.2026 tarixində universitetin rəsmi saytından yoxlanılıb. Qəbul şərtləri dəyişə bilər, əsas mənbə universitetin rəsmi saytıdır.
Mənbələr: Beynəlxalq tələbə ofisi · Qəbul yönergəsi və Ek-1: keçərli imtahan və diplom növləri (PDF) · Qəbul edilən diplom və imtahan növləri
bildimki universitetlərlə rəsmi əlaqəsi olmayan müstəqil məlumat saytıdır. Loqolar müvafiq universitetlərə məxsusdur və yalnız universiteti tanıtmaq üçün göstərilir.